AzFindik

Haqqımızda

Hekayəmiz

Bizim Hekayəmiz

AZFINDIK MMC 2007-ci ildən fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanda 3 zavoda və 150 hektar fındıq bağına sahibdir. Müəsissənin fəaliyyət istiqaməti fındıq ləpəsini Rusiya və Avropa bazarlarına çıxarmaqla ixrac potensiyalını ildən ilə gücləndirmək, bununla yanaşı müəssisəmizin istehsal etdiyi fındıq ləpəsini keyfiyyət baxımından yüksək standartlara çatdırmaq və istehsal gücünü daha da artırmaqdır.

AzFindik hazelnut orchard

Missiyamiz

AZFINDIK MMC-nin əsas missiyası istehsal etdiyi məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətliliyinin artırılmasında dünya təcrübəsini özündə cəmləşdirmək, bu istiqamətdə İSO 22000-2018 lahiyəsi üzrə hərəkət edərək qida təhlükəsizlik siyasətini formalaşdırmaq və İSO 22000-2018 standartlarını məhsulun istehsalında tədbiq etməkdir.

PEŞƏKARLIQ

Bizim siyasətimiz müştərilərimizlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə əsaslanır. Biz hər zaman müştərilərimizə dəstək olmağa, onların problemlərinin həllində peşəkar yardım göstərməyə hazırıq. Peşəkar xidmət, yerli və beynəlxalq qurumlarla yaradılan möhkəm əlaqələr, güclü texniki baza - bütün bunlar bizim fəaliyyətimizin sabit və etibarlı olmasını təmin edir.