AzFindik

İstehsalat Prosesi

Məhsuldan ixracata qədər hər addım diqqətlə nəzarət olunur

1

Fındıq Alışı

Təchizatçılar məhsullarından bizə kiçik nümunələri təqdim edirlər. Biz fındıqların nəmliyini və çürümə əlamətlərini müəyyən etmək üçün laboratoriya şəraitində analiz edirik. Fındıq lazımi keyfiyyət standartlarımıza cavab verdiyi təqdirdə biz xüsusi qiymət təklif edirik.

2

İlkin Emal Prosesi

Bu proses zamanı fındıq məhsulu qurudulması üçün qurutma çənlərinə doldurulur. Burada məhsulun nəmliyi 7,0 - 7,5% səviyyəsinə qədər aşağı salınır.

3

Çeşidləmə

Çeşidlənmiş fındıqlar toz və qabıq qalıqlarından təmizlənməsi üçün yenidən çeşidləmə xəttinə verilir. Fındıq ölçüsünə görə çeşidlənir, ölçü müştərinin sifarişinə uyğun olaraq emal üçün seçilə bilər.

4

Qablaşdırma

Beynəlxalq standartlara uyğun emal edilmiş fındıqda görünən çürük olmamalıdır. Nəmliyi 5.5 - 6.0% arasında olmalıdır. Təkrar laboratoriya yoxlanışından sonra fındıq müxtəlif formada qablaşdırılır.

Logistika
5

Logistika

Qablaşdırma prosesindən sonra fındıq satışa və alıcılara paylanmağa hazırdır.

Keyfiyyət
6

Keyfiyyət

Keyfiyyət məsələlərində heç bir zaman güzəştə getmədən fəaliyyət göstərmək bizim əsas prinsipimizdir. Bu prinsipə sadiq qalaraq biz müştərilərimizin məmnunluğuna nail olmağa, fəaliyyətimizdə sabit liderlik mövqeyi qazanmağa, yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafımızda toplamağa və onlarla birlikdə inkişaf etməyə çalışırıq.